İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal altında olan 7+1 kəndlə bağlı partiya sədrindən çağırış

Siyasilər hesab edir ki, Ermənistan məsələni mürəkkəbləşdirsə, Silahlı Qüvvələrimiz məsələni həll etməlidir

Ermənistanın işğalı altında olan Azərbaycana məxsus kəndlərin qaytarılması Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs razılaşması imzalanandan bu yana gündəmdən düşmür. Ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara,  Aşağı Əskipara və Xeyrimli kəndləri də Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazağın Sofulu və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndləri Azərbaycanın anklav əraziləridir. 

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Qazağın işğal altında olan 7 kəndinin aqibəti ilə bağlı fikirlərini açıqladı. Hazırda sülh sənədində də mübahisəli mövzulardan hesab edilən bu məqamın necə həll ediləcəyi vaxtaşırı müzakirə edilir. Maraqlıdır, Qazağın 7 kəndi ilə bağlı Bakının strateji addımları necə olacaq? Hərbi əməliyyat variantı hələ də aktualdır, yoxsa diplomatik kanallarla problem həll oluna bilər? 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, eks baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a deyib ki, həmin kəndlər Azərbaycan Respublikasının əraziləridir və hazırda işğal altındadır: “Həmin kəndlər azad olunmalıdır, o cümlədən Silahlı Qüvvələrdən istifadə etməklə işğala son qoyulmalıdır”.

Kılıçdaroğlu Boraltan zehniyyətindən çıxa bilmir” – Qabil Hüseynli tarixi  faktı xatırlatdı - GlobalInfo.az

Qabil Hüseynli 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, işğaldan sonra Qazağın 3 kəndinin içərisindən Rusiyaya gedən strateji əhəmiyyətli yol çəkilib:  “Həmin 3 kəndin ərazisi Ermənistan ərazisində qalıb. Demək olar ki, kəndləri şumlayıb üzərindən yol çəkiblər. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan anklav olmayan kəndlərin dərhal, qeyd-şərtsiz qaytarılmasını istəyir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiyanın yanvarın sonunda baş tutacaq iclası isə sırf Kərki və Qazağın 3 kəndinin qaytarılması məsələsinə həsr olunacaq. Bu məsələ orada həll olunmalıdır. Ermənistan tərəfi bəzi sayıqlamalar edir. Məsələn, Gədəbəydə Başkənddən başqa daha bir neçə kəndin də anklav şəklində Azərbaycanın istilası altında olduğunu iddia edir. Bu kəndlərin adı çəkilmir, heç kimə məlum deyil. Bütün bunlar müzakirə edilən məsələni mürəkkəbləşdirir. Azərbaycan tərəfi öz mövqeyini bəyan edib. Görək, Ermənistan tərəfindən hansı iddialar irəli sürülür, məsələnin həllinə onların münasibəti necədir. Hər halda, ermənilər istər-istəməz 4 kəndi yaxın vaxtlarda qaytarmalıdır. Beynəlxalq hüququn normalarına görə, bu, reallaşmalıdır. Əgər sülh müqaviləsinə doğru gediriksə, bu yolda əngəllərdən biri də anklavlar məsələsidir. Bu məsələlərin həllini tezliklə həyata keçirmədən sülh müqaviləsini bağlamaq mümkün olmayacaq. Əgər Ermənistan sülh müqaviləsini istəyirsə, bu tələbləri yerinə yetirməlidir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR