İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamı “Lamborghini” markalı avtomobili ilə qəzaya uğradı - FOTOLAR

Türkiyənin İstanbul şəhərində rusiyalı iş adamı “Lamborghini” markalı avtomobili ilə qəzaya uğrayıb.

"Haber Global"ın məlumatına görə, hadisə Beylikdüzü rayonunda Ambarlı Limanında baş verib. Bazar dəyəri 26 milyon lirə (2 milyon 400 min manat) olan avtomobil idarəetməni itirərək baryerlərə çırpılıb və yararsız hala düşüb. Lakin qəza nəticəsində xəsarət alan olmayıb.

Rusiyalı iş adamının kimliyi dəqiqləşdirilməyib.

Polis tərəfindən qəza ilə bağlı protokol tərtib olunduqdan sonra avtomobil dayanacağa aparılıb.

Avtomobilin sahibi olan rusiyalı iş adamı isə vəkili ilə birlikdə polis idarəsinə gedib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR