İnsanlara hürriyət, millətlərə istiqlal!

İrkutskda qəzaya uğrayan rus “Su-30”un pilotları ilə bağlı yeni  FAKTLAR- Huşlarını itiriblər və... 

Bu ilin oktyabrın 23-də İrkutskda qəzaya uğrayan Su-30 qırıcısının pilotları huşlarını itirdikləri üçün onları yaşayış binalarından uzaqlaşdıra bilməyiblər.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti pilotların oksigen balonlarında azot qalıqlarının olması səbəbindən huşlarını itirə biləcəklərini istisna etməyib. Burada pilotları uçuşa hazırlayan yerüstü personalın günahı olduğu güman edilir.

112 teleqram kanalının məlumatına görə, həmin gün iki Su-30 təyyarəsinin uçuş sınaqları keçirilirmiş. Onlardan biri planlı eniş həyata keçirsə də, ikincisi  uçmağa davam edib.

Daha sonra pilotlarla əlaqə kəsilib və bu, təxminən 20 dəqiqə çəkib. Komandanlıq enən “Su-30”u yenidən havaya qaldırmağa məcbur qalıb. Həmin qırıcıya yaxınlaşanda pilotlar ekipajın huşsuz vəziyyətdə olduğunu görüblər.

Kanalın xəbərinə görə, “Su-30” yanacağı bitən zaman binanın üzərinə düşüb.

Xatırladaq ki, bir həftə əvvəl Krasnodar diyarının Yeysk şəhərində “Su-34” bombardmançı təyyarəsinin binaya çırpılması nəticəsində üçü uşaq olmaqla 15 nəfər həlak olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR