İnsanlara hürriyət, millətlərə istiqlal!

"İrəvanla danışıqlarda Ankaranın əsas hədəfi budur..." - erməni türkoloq

"Türkiyə danışıqlar yolu ilə Ermənistana təzyiq göstərməyə çalışır ki, İrəvan "Artsax"ın Azərbaycanın tərkib hissəsi olması barədə sənədi imzalasın".

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq-türkoloq Ruben Safrastyan Ankara-İrəvan danışıqlarının hazırkı mərhələsini şərh edərkən bildirib.

"Mən əldə edilmiş son ikitərəfli razılaşmaları yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu mərhələni kiçik addımlar mərhələsi adlandırmaq lazımdır. İkinci mərhələyə keçmək təşəbbüsü Türkiyədən gəlir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, danışıqlarda Türkiyə iki məqsədi güdür: "Birincisi, Türkiyə kiçik addımlar mərhələsini təklif etməklə, danışıqlar prosesində təcil olduğunu göstərmək naminə Ermənistanın bu prosesdə qalmasını istəyir. İkincisi, Ermənistanla danışıqlara girməklə Türkiyə sərhədlərin açılması və ya diplomatik münasibətlərin qurulması problemini həll etmir, bu ikinci dərəcəli məsələdir. Ankara üçün prioritet olan İrəvana təzyiq göstərməkdir ki, o,. "Artsax"ın Azərbaycan ərazisi olduğuna dair sənədi imzalasın".

Safrastyanın fikrincə, indiki mərhələdə Türkiyə bu problemin həlli ilə məşğuldur: "Hesab edirəm ki, onlar danışıqlar prosesini mümkün qədər uzatmağa çalışacaqlar. Bu eyni zamanda, Ermənistana daim təzyiq göstərmək üçün Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə üst-üstə düşəcək".

Erməni türkoloq hesab edir ki, Türkiyənin müəyyən geosiyasi hesablamaları var. "Ankaranın xüsusən də Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa çalışdığını ABŞ-a göstərməsi vacibdir. Türkiyə bölgəmizdəki geosiyasi mövqeyi ilə bağlı regional problemləri də həll edir. Danışıqlar prosesi Ankaradan ötrü o mənada vacibdir ki, İrəvanı bu prosesə cəlb edir və bununla da Rusiyanın həm regionda, həm də Ermənistanda təsirini tədricən zəiflətməyə başlayır. Təbii ki, Türkiyə Ermənistanla sərhədin açıq olmasını istərdi, lakin bunun üçün o, "ödəniş" tələb edəcək”, - deyə Safrastyan əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR