Onlayn ictimai-siyasi qəzet
İrəvanın Respublika meydanında Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Mitinqdən əvvəl gənclər İrəvan küçələri ilə maarifləndirmə yürüşü keçirib, daha sonra yürüş iştirakçıları Respublika meydanına yollanıblar.
Bildirilir ki, bir gün əvvəl “Vətən Uğrunda Tavuş” hərəkatı bəyanat yayaraq, mitinqdən əvvəl hərəkatın tərəfdarlarına və ya onun iştirakçılarına qarşı qanunsuz təqiblərin yeni dalğasının başlandığını göstərən məlumat aldığını bildirib.
Hərəkat tərəfdarlarının müəssisələrində fövqəladə yoxlamalar və əməliyyat-axtarış tədbirlərinə başlanılıb, müxtəlif təhlükəsizlik orqanlarının nümayəndələri tərəfdarlarımızın və onların yaxınlarının evlərinə baş çəkməyə başlayıb, vətəndaşlarımızın lüzumsuz narahatçılığına səbəb olub.
“Qarabağ ermənilərinə qarşı da yeni repressiya dalğası başlayıb: biz mütəmadi olaraq “Artsax merləri”nin həbsləri ilə bağlı xəbərlər alırıq”, - hərəkatın bəyanatında deyilir.
Bu gün isə arxiyepiskop Baqrat Qalstanyan müraciət edərək, dağıdıcı daşqından əziyyət çəkən Lori və Tavuş sakinlərini dəstəklədiyini bildirib. O, planlaşdırılan mitinqin baş tutacağını da qeyd edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ