İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrəvandan Zəngəzuradək...” təqdim edildi - FOTOLAR

 

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Tarixi Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimatı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, mədəniyyət naziri Anar Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı, deputat, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev, ziyalılar, deputatlar jurnalistlər və digər ictimai şəxslər iştirak ediblər.

7557442c-94e6-4b0e-84d2-9665233bc570.jpg (112 KB)

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, təqdimatı keçirilən kitab Azərbaycanın tarixi torpaqlarının önəmli bir hissəsini təşkil edən, həm strateji, həm də coğrafi mövqeyinə görə xüsusi önəmi olan, indiki Ermənistan ərazisi Qərbi Azərbaycandakı saysız-hesabsız maddi mənəvi irsin tədqiqi və təbliği baxımdan böyük əhəmiyyətə malikdir:

"Müəllif olduqca məsuliyyətlə yanaşdığı, ciddi mənbələri və sənədləri araşdıraraq qələmə aldığı kitabın tərtibində elmi prinsiplərə əsaslanıb, hər bir abidə haqqında səhih istinadlara söykənərək, məlumatları faktlarla təsbit edib. Abidələrin qruplaşdırılaraq təqdim olunması kitabın istifadəsini asanlaşdırıb. Tədqiq edilən 244 abidədən 133-ü dağıdılıb, 51-i xaraba qalaraq erməniləşdirilib, yararlı qalan 58 abidə erməniləşdirilib, yararlı qalan 1 kilsə erməni kilsəsinə çevrilib, yararlı qalan 1 məscid isə fars məscidi kimi təqdim olunur. Abidələrdən 49 ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar tərəfimizdən aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə olunub. Həmin siyahı daha da təkmilləşdirilib. Eyni zamanda, tədqiqat nəticəsində əvvəlcədən mövcud olan məlumatlar da yeni istinad və mənbələr əsasında yenidən işlənərək zənginləşdirilib, kitab kimi nəşrə hazır vəziyyətə gətirilib".

6c8ec64c-b382-4580-bc40-8063ee1c7666.jpg (62 KB)

Zahid Oruc bildirb ki, bu layiqli və zamanın tələb etdiyi kitabı nəşr etməklə xalqımızın tarixi, mədəni irsini bir daha tədqiqata cəlb etdiyinə görə bütün redaksiya heyətinə təşəkkür edirəm.

98346c5c-e46a-49dc-b371-ed897597aa21.jpg (66 KB)

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, mədəniyyət naziri Anar Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı və digər çıxış edənlər kitabın əhəmiyyətindən tarix və gələcək üçün önəmindən danışıblar.

737beea9-0b38-4f5a-989f-f1ac3cb6fdb2.jpg (72 KB)

Qeyd edək ki, kitabın layihə rəhbəri Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, millət vəkili Zahid Oruc, müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent, deputat Əziz Ələkbərli və sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyevdir.

Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən UNSECO-nun baş direktoruna müraciət qəbul edilib.

Əli Rais,
Elçin Əkbərov,
Musavat.com

fefd2fbb-0474-4f48-992d-3d9704b9c4f1.jpg (94 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR