İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandak kütləvi aksiyalara baxmayaraq Snup Doqun konserti baş tutacaq

Amerikalı reper Snup Doqun sentyabrın 23-də İrəvanda planlaşdırılan konserti Ermənistanda kütləvi aksiyalara baxmayaraq baş tutacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkə hökuməti bunun üçün 6 milyon dollar ayırıb.

Sənətçinin ABŞ-dan olan pərəstişkarları dünən təşkilatçılardan Dağlıq Qarabağdakı hadisələrə görə qarşıdakı konsertin ləğv edilib-edilməyəcəyini soruşublar. Lakin onlara tədbirin planlaşdırıldığı kimi davam edəcəyi bildirilib. Konsertin biletləri hələ də 20-55 min dram qiymətində aktiv şəkildə satılır.

Telegram kanallarıın məlumatına görə, "Razdan" stadionunda Snup Doqun çıxışı üçün səhnənin quraşdırılmasına başlanılıb. Bu, Ermənistan paytaxtında kortəbii etirazlar zamanı baş verir.

Bu arada etirazçılar İrəvanda Tiqran Mets prospektini bağlayıblar. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR