İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda İrandan göndərilən narkotikləri satan qruplaşma müəyyən edilib

İrəvanda İrandan göndərilən narkotik vasitələrin satışı ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşma müəyyən olunub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Baş Prokurorluğa 2020-ci ilin əvvəlində İrəvan sakininin daha iki şəxslə birlikdə narkotik vasitələrin satışı məqsədilə cinayət qrup yaratması, onların əsasən İran İslam Respublikasından göndərilən müxtəlif növ narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmələri barədə məlumat daxil olub. Ermənistan Respublikası ərazisində satış üçün nəzərdə tutulmuş narkotik vasitələrin bir hissəsi cinayətkarlar tərəfindən ölkə ərazisindən tranzitlə xaricə çıxarılıb, həmçinin respublikada satışı üçün nəzərdə tutulmuş külli miqdarda narkotik vasitələrin satışı həyata keçirilib.

Narkotik vasitələrin satışından əldə edilən vəsaitlərin cinayət mənşəli olduğunu gizlətmək üçün bu məbləğlər müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş elektron pul kisələrinə və kriptovalyuta hesablarına köçürülüb. Sonra onlar qruplaşmanı yaradan və ona rəhbərlik edən şəxslərə ötürülüb, həmçinin cinayətkarlar tərəfindən nağdlaşdırılıb və ya başqa yolla satılıb.

Faktla bağlı cinayət işi başlanıb. Cinayətkarlardan biri həbs olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR