Onlayn ictimai-siyasi qəzet
İrəvanda hökumət bağlarının saxlanması üçün ayrılan vəsait yenidən artıb.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Saytın xəbərinə görə, bu il həmin məqsədlər üçün 621 milyon dramdan (1,56 milyon dollar) çox vəsait ayrılıb:
"2024-cü ildə bu məbləğ 603 milyon dram olub, yəni təxminən 18 milyon dram artım baş verib. 2023-cü ildə isə hökumət bağlarına bu məqsədlərə 542 milyon dram, 2022-ci ildə 470 milyon dram vəsait cəlb olunub".
Bundan əvvəl hökumət bağlarının təsərrüfat idarəsi saytın sorğusuna cavab olaraq baş nazirin iqamətgahının qızdırılması ilə bağlı problemlərin səbəblərini açıqlayıb. Deyilənə görə, Paşinyana bağlı hökumət bağlarındakı istilik sistemi yenilənməyə ehtiyac duyur və mütəmadi texniki nasazlıqlar baş verirmiş.
Sayt nədənsə "bu problemin tam həll edilmədiyinə, vəsaitlərin isə ildən-ilə artdığına" diqqət çəkib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ