İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda əsl ALVER gedir

Ermənistanda İrəvan merliyi uğrunda seçkilər ərəfəsində siyasi qüvvələr arasında alver güclənib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, əsas hərəkətlənmə iqtidaryönlü partiyalar arasında müşahidə olunur.

2018-ci ildə 3 partiyadan – “Vətəndaş sazişi”, “İşıqlı Ermənistan” və “Respublika” partiyasından ibarət “Yelk” bloku var idi.

“İşıqlı Ermənistan” partiyası sonradan müxalifətə keçdiyini bəyan etdi. “Respublika” partiyasının sədri Aram Sarkisyan Nikol Paşinyanı əzmlə müdafiə edib. Lakin indi David Xajakyan nə qədər İrəvan merliyinə müxalifətdən namizəd olduğunu iddia etsə də, hər 3 partiya yenidən bir yerdədir”, - deyə yerli “Hraparak” qəzeti yazır.

İrəvan Ağsaqqallar Şurasına seçkilər ərəfəsində iki siyasi qüvvə - iştirakçı seçkiqabağı pul yığır. Lakin necə olur ki, “İşıqlı Ermənistan” partiyası cəmi 10 milyon dram, Paşinyanın “Vətəndaş sazişi” isə 200 milyon dramdan çox pul toplayıb. Bu qədər ödəniş korrupsiya deyilsə, bəs nədir?”, - qəzet bildirib.

“Joxovurd” qəzetinin yazdığına görə isə, İrəvan merliyi uğrunda seçkilərdə sabiq deputat, nəqliyyat və kommunikasiyalar naziri Eduard Madatyanın qardaşı oğlu Sərkis Madatyan da iştirak edəcək. O, Respublikaçılar partiyasının seçki siyahısında ikinci yerdədir.

“Bizdə olan məlumata görə, təşəkkür olaraq Eduard Madatyan Respublikaçılar partiyasının seçki kampaniyası ilə bağlı bütün maliyyə xərclərini öz üzərinə götürüb”, - qəzet qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR