Onlayn ictimai-siyasi qəzet
İyunun 13-də İrəvanda baş verən hadisə ilə bağlı məlumatların detalları bu gün açıqlanıb.
Musavat.com-un erməni mediasına istinadən məlumatına görə, həmin gün İrəvan şəhər sakini 36 yaşlı Zarzand Akopyan polisin operativ idarəetmə mərkəzinə zəng edərək bildirib ki, Sevastopolyan 24 ünvanında tanımadığı şəxs onunla mübahisə edib, bundan sonra nalayiq sözlər söyləyərək maşınına təpik vurub.
Mənbənin məlumatına əsasən, Ərəbkir rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları qeyd olunan yerə gəliblər və onlar həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zarzand Akopyanın qeyd etdiyi şəxslərin İrəvan sakinləri olduğunu müəyyən ediblər - bunların 58 yaşlı Tachat Vardapetyan və 29 yaşlı Askanaz Vardapetyan olduğu dəqiqləşdirilib.
Hadisə əsasında polis fiziki təzyiq əlamətləri ilə bağlı sənədləri tərtib edib və Ərəbkir rayonunun istintaq şöbəsinə təhvil verilib.
Mənbənin sözlərinə görə, T.Vardapetyan Milli Assambleyanın keçmiş deputatı, A.Vardapetyan isə onun oğludur. Hazırda polis ata-oğulu axtarır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ