İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan metrosunun keçmiş rəhbəri və oğlu böyük oğurluqlarda ittiham olunurlar

İrəvan metrosunun keçmiş direktoru və oğlu böyük oğurluqda ittiham olunurlar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənidtan prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, keçmiş direktor Paylak Yayloyan direktorlar şurasının razılığı ilə 2013-cü ilin avqustunda metro rabitəsi binasının (Baqramyan 76) zirzəmisinin özəlləşdirilməsi məsələsi ilə bağlı baş nazirə müraciət edib. “Dövlət Əmlakının İnventarlaşdırılması və Qiymətləndirilməsi Agentliyi” isə bununla bağlı 23 oktyabr 2013-cü il tarixdə saxta qiymətləndirmə aktı tərtib edib. Həmin vaxt metronun “Rabitə və Siqnal Sistemi” filialının rəis müavini vəzifəsində çalışan Paylak Yayloyanın oğlu 26 dekabr 2013-cü il tarixdə keçirilən hərracda əsl dəyəri 106 milyon dram (təxminən 273 min ABŞ dolları) olan bu daşınmaz əmlakı 75 milyon 393 min drama alıb. Üstəlik direktor oğlunun kömyi ilə həmin məbləğdən 38 milyon dramı (98 min dollar) çırpışdırmağı bacarıb.

Keçmiş direktor başqa bir cinayət işində 28 milyon dramın mənimsənilməsində ittiham olunur.
Yayloyan, müstəntiqlərin fikrincə, 2009-2019-cu illərdə 39 milyon 963 min dram (təxminən 100 min dollar) dəyərində 110 min litr benzin mənimsəyib.

Keçmiş metro direktoru işə getməyən, lakin mütəmadi olaraq maaş alan vətəndaşları işə götürməkdə də ittiham olunur. Buradan o 7 milyon (18 min dollar) dram pul qazanıb.
Keçmiş metro direktoru zaminə, oğlu isə öz ərizəsi ilə azadlığa buraxılıb. İş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR