Onlayn ictimai-siyasi qəzet
İrəvan Ağsaqqallar Şurasının noyabrın 19-da keçirilən iclasında vəziyyət gərginləşib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, İrəvan Ağsaqqallar Şurasında Respublika Partiyası fraksiyasının lideri Ani Xaçatryanın çıxışından sonra müxalifət və iqtidar fraksiyalarının bir çox nümayəndələri ayağa qalxaraq nə isə qışqırmağa başlayıblar.
Bu zaman qarşılıqlı şəkildə təhqirlər eşidilib. Orada olanlardan biri hətta kiməsə qələm atıb. Vəziyyət gərginləşəndə polis zala daxil olub.
İrəvan meri Tiqran Avinyan tərəfləri sakitləşdirməyə və susdurmağa çalışsa da, heç kim ona əhəmiyyət verməyib. “İrəvan şəhəri bizə baxır, bir-birinizə hörmətlə yanaşın”, deyə, mer sakitliyə çağırıb.
Kimsə “qələmin necə uçduğunu hiss etdinizmi?” - soruşub. Avinyan bunu görmədiyini deyib və əlavə edib: “Əl atmayın və bir-birinizi təhqir etməyin!”
Musavat.com
19 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ