İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakının tələbini yerinə yetirir – Ermənistan üçüncü tərəflərdən imtina edir

Ermənistan Azərbaycanla sərhəddə üçüncü tərəflərin iştirakını istisna etməyi müzakirə edir.

Musavat.com xəbər verir ki, Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Nazir bildirib ki, Ermənistan Azərbaycanla mübahisələrdə beynəlxalq hüquqi instansiyalara müraciət etməkdən imtina etməyi də nəzərdən keçirir.

Bu qərarlar İrəvanın Azərbaycanla sülh prosesinə daha açıq yanaşmağa başladığını və Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini göstərir. Azərbaycan tərəfi isə Ermənistandan konkret addımlar gözlədiyini bildirir.

Sözügedən müzakirələr Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi üçün mühüm mərhələ hesab olunur.

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR