İnsanlara hürriyət, millətlərə istiqlal!

"İrəvan 71 hərbi obyekti satışa çıxarıb" - Erməni deputat

Keçən il hökumətin qərarı ilə Müdafiə Nazirliyinin 71 hərbi obyektini hərraca çıxarılıb. Lakin Paşinyan iqtidarı əvvəlki illərdə heç bir işə yaramayan kazarma ərazilərinin satışa çıxarılmasını müzakirə etməyə çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu fevralın 7-də jurnalistlərə müsahibəsində müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Seyran Ohanyan Ermənistan parlamentində müxalifət fraksiyasının rəhbəri olduğu üçün diqqət mərkəzindədir. “Hakimiyyət artıq özü üçün cinayətkarları müəyyən edib. Adlar açıqlanıb, onlar məhkəmənin qərarı ilə təsdiqini tapmayan cinayət əməllərində ittiham olunublar. Bu orqanlar tərəfindən obyektiv araşdırma aparılması üçün heç bir əsas görmürəm”, - deyə erməni deputat söyləyib.

Tiqran Abramyanın fikrincə, hakimiyyətin müxtəlif nümayəndələri öz bəyanatları ilə Qarabağ məsələsi ilə bağlı danışıqlara böyük ziyan vururlar. “Mümkün bir hücum olarsa, Azərbaycan Ermənistanın hər hansı rayonuna daxil olarsa, hakimiyyət bəyan edəcək ki, bu bölgəni qurban verməklə biz ölkənin digər ərazilərini də xilas etmişik. Nikol Paşinyan faktiki olaraq Qarabağı Azərbaycanın ərazisi hesab edir”, - deyə erməni siyasətçi qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR