Onlayn ictimai-siyasi qəzet
“İrəvan meriyasına seçki günü yaxınlaşdıqca, hakim “Vətəndaş sazişi” partiyasından namizəd Tiqran Avinyan getdikcə həyəcanlanır, partiyada narahatlıq hər gün artır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti məlumat yayıb.
“Əvvəllər Avinyanın 50% +1 səs qazanacağına inam var idi. Lakin İrəvan sakinləri ilə ünsiyyət tamam başqa şey göstərdi. Bununla bağlı son günlər hakimiyyət bütün mümkün yolverilməz üsullarla İrəvan sakinlərindən səs toplamağa çalışır.
Bu məqsədlə iqtidar “cib” müxalifətinin resurslarından da istifadə etməyə başlayıb. Məqam gələndə, onlar lazım olan anda ya Avinyanı dəstəklədiklərini bəyan edəcək, ya da seçkilərdə iştirakdan ümumiyyətlə, vaz keçəcəklər. Buna görə də hökumətyönlü siyasi qüvvələr arasında dəstək müqabilində hakimiyyətdən maksimum pay qoparmaq həvəsi artıb”, - deyə qəzet yazıb.
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ