İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş MTN zabiti həbs edilib - Feysbukda “Təqsirləndirilən şəxs” adlı profil açıbmış

Sabiq MTN zabiti dövlət sirrini yaydığına görə həbs edilib.

Musavat.com xəbər verir ki, 1976-cı il təvəllüdlü Rəşad Məmmədov (ad və soy adı şərtidir) 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs 1998-ci ilin yanvar ayından 2002-ci ilin dekabr ayınadək keçmiş Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə və keçmiş Milli Təhlükəsizlik Nazirliyində baş leytenant hərbi rütbəsində, əməliyyat müvəkkili vəzifəsində xidmət edib.

İttihama görə təqsirləndirilən şəxs feysbuk sosial şəbəkə hesabında “Təqsirləndirilən şəxs” adlı hesab açıb.

O, 2023-cü ildən 2024-cü ilin iyul ayınadək olan müddət ərzində Gəncə şəhərində yalan məlumatlar yerləşdirməklə aşkar surətdə sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər törədib.

R.Məmmədov bildirib ki, işdən çıxarıldıqdan sonra 22 ildir şikayət ərizələri yazır, lakin onun ərizələrinə baxılmır. O, işə bərpa edilməsini, pensiyasının hesablanmasını istəyirmiş. Şikayətlərinə baxılmadığı üçün çıxış yolunu sosial şəbəkədə görüb.

“Paylaşdığım məlumatların məzmunu dövlət sirri təşkil etmirdi. Sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər törətməmişəm. Hazırda etdiyim əməldən səmimi peşmanam”- deyə R.Məmmədov ifadəsində qeyd edib.

5 il azadlıqdan məhrum edilən R.Məmmədovun apellyasiya şikayəti də təmin edilməyib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR