İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı nəticəsində son sutkada 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, "Pəncə Kilid" əməliyyatının keçirildiyi ərazidə terrorçuların hərbçilərə raket hücumu nəticəsində 2 əsgər - Yunus Kalkan və Fırat Canlı şəhid olub. Yaralı hərbçilər hospitala yerləşdiriliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR