İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın şimalında terrorçulara məxsus 15 hədəf məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında 15 hədəfi məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirmək və sərhədlərimizin təhlükəsizliyini təmin etməklə Şimali İraqdan gələn terror hücumlarının qarşısını almaq üçün hərbi əməliyyat keçirilib.Terrorçuların hədəflərinə qarşı hava zərbələri endirilib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR