İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda ABŞ hərbçilərinə məxsus avtomobil karvanı silahlı hücuma məruz qalıb

ABŞ-ın İraqdakı hərbi hissəsinə məxsus avtomobil karvanı növbəti dəfə silahlı hücuma məruz qalıb.

AZƏRTAC İraqın “Əl-Youm” agentliyinə istinadla xəbər verir ki, Babil rayonu ərazisindən keçən maşın karvanı qumbaraatanlar və avtomatlarla atəşə tutulub. İtkilər barəsində hələlik məlumat yoxdur.

İraq mətuatı bildirir ki, son aylar ərzində ABŞ-ın hərbi bazalarına hər gün, bəzən isə gün ərzində 2 dəfə silahlı basqınlar olur. Əhali ABŞ hərbçilərinin ölkəni tərk etməsini tələb edir. Hətta 2020-ci ildə İraq parlamenti bu barədə qanun da qəbul edib. Qanuna görə, İraq ərazisində heç bir xarici dövlətin hərbi bazası fəaliyyət göstərə bilməz. Buna baxmayaraq, ABŞ hərbçiləri hələ də İraqda xidmət aparırlar. Bu məsələ İraq və ABŞ prezidentləri arasında dəfələrlə müzakirə edilib. Lakin hələlik nəticə yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR