Onlayn ictimai-siyasi qəzet
İRNA xəbər verib ki, İraqın Vasit əyalətinin valisi Məhəmməd Cəmil əl-Miyahi Ərbəin yürüşü üçün İraqa səfər etmiş iranlı zəvvarlardan Kərbəlada qalmamalarını və nəqliyyat yükünü azaltmaq üçün dərhal geri qayıtmalarını istəyib.
Məlumata görə, əyalət valisi bildirib ki, indiyədək bir milyona yaxın zəvvar İraqa daxil olub.
O, bildirib ki, zəvvarların İraqa problemsiz daxil olması və Kərbəlaya göndərilməsi üçün İranla yüksək səviyyədə koordinasiya aparılır. Bundan öncə İranın İlam əyalətinin valisi Həsən Bəhramnia qeyd edib ki, İran-İraq sərhədindəki Mehran keçid məntəqəsindən avqustun əvvəllərindən 1 milyon 300 mindən çox insan İraqa keçib, onların 26%-i isə artıq ölkəyə geri qayıdıb.//Azad İran
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ