İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı jurnalist saxlanıldı

İran Dövlət Radio və Televiziyasının müxbiri İsrail tərəfindən saxlanılıb.

Bu barədə İran Dövlət Radio və Televiziyasının rəhbəri Peyman Cebeli açıqlama verib.

Cebeli bildirib ki, araşdırmalara görə jurnalist İsrail tərəfindən saxlanılıb.

İran Dövlət Radio və Televiziyasının rəhbəri jurnalistin kimliyini və saxlanılma vaxtını açıqlamayıb. Onun tezliklə əsirlikdən azad olunacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, jurnalist Qəzzada deyil, İsrail ərazisində saxlanılıb.

Cebeli bildirib ki, jurnalistin ailəsi məsələni gündəmə gətirmək istəmir. /APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR