İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranlı həmkarım xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır” - Ceyhun Bayramov

Qonşu ölkələrə bağlı siyasətimiz ardıcıl, proqnozlaşdırıla bilən və açıqdır. Bütün qonşularımızla birgə normal münasibətlərimizin olması bizim bir nömrəli prioritetimizdir.

Bunu APA-nın sualına cavab olaraq xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında bir sıra müsbət layihələr həyata keçirilib ki, bunlar iqtisadi, nəqliyyat layihələridir.

“İran mediası tərəfindən Azərbaycan qarşı qeyri-dost fikirlər bizi narahat edir. Biz bunu iranlı həmkarlarımızla açıq müzakirə edirik. İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır, öz səlahiyyətləri çərçivəsində xoşagəlməz halların aradan qaldırılması istiqamətində addımlar atır. Bizim intensiv dialoqumuz var”, – XİN rəhbəri qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR