İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Rusiya 40 milyardlıq saziş imzalayıb

İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.

"Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq", - nazir deyib.

Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR