İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı beynəlxalq təşkilat nümayəndələrindən SƏRT AÇIQLAMALAR

Dünyanın tanınmış təşkilatlarının nümayəndələri  və ekspertlər İranda molla rejiminə qarşı təşkil olunan aksiyalarla bağlı öz fikirlərini bildiriblər.

Musavat.com onlardan bir qismini təqdim edir:

“Defending Democracy Together” təşkilatının təsisçisi və direktoru Uilyam Kristoll: “İranda azadlıq uğrunda mübarizə aparan cəsur qadınlar və kişilərlə həmrəyik. Keçidə daxil olmaqla petisiyanı imzalaya bilərsiniz”;

“Human Rights Watch” təşkilatının keçmiş icraçı direktoru Kennet Rot: “İran hakimiyyəti həyatın bır sıra kiçik sevinclərinə tamamilə dözümsüz olduqlarını göstərərək etirazların qızğın vaxtı küçələrdə rəqs edən gənc cütlüyü çəkdikləri videonu yayımladıqlarına görə beş il müddətinə həbs cəzasına məhkum edib”;

Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaez: “İslahat illüziyaları, xilaskarların fantaziyaları, iqtisadi möcüzələrə ümidlər və daha yaxşı günlər üçün səbir etmək arxada qaldı. Bir vaxtlar uzaq bir arzu olan nəsnə, indi geriyə heç bir yol olmayan azadlıq tələbinə çevrilib”.

“BBC News” Fars Servisinin müxbiri Bəhmən Kalbasi: “İranda tələbə hərəkatının aparıcı simalarından biri kimi fəallıq göstərdiyinə görə Ziya Nəbəvi rejim tərəfindən 8 il müddətinə həbs edilib. O, universitetə qayıtdıqdan sonra saçlarını nümayiş etdirdiyinə görə çoxlarının rejim tərəfindən həbs edilməsinə baxmayaraq cəsarətli qız tələbələrin məcburi hicabdan imtina etməsini qeyd edərək belə bir şəkil paylaşmışdı”;

Polşalı jurnalist Vitold Repetoviç: “Sonuncu məqaləmdə İsfahandakı hücum barədə yazmışam. Hücumun əsas məqsədinin dezinformasiya olduğunu düşünürəm”;

İran əsilli britaniyalı aktrisa Nazənin Boniadi: “Robin Pomroy ilə Dünya İqtisadi Forumunun "Radio Davos" podkastında İran, "Qadın, Həyat, Azadlıq" və demokratiya haqqında danışdım”;

ABŞ-də fəaliyyət göstərən iranlı jurnalist Omid Memarian: “Bu, fəalların və jurnalistlərin edamlarına və ədalətsiz həbslərinə qarşı aclıq aksiyası keçirən tanınmış hüquq müdafiəçisi Fərhad Meysəmidir. Bu şəkillər haqsızlığa və zülmə qarşı mübarizənin görüntüləridir. Onun həyatı təhlükədədir. Onu dərhal azad edin”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatı: “İranın husilərə silah ötürərək BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsini və beynəlxalq hüququ pozaraq cinayət başında tutulması ilk dəfə deyil. Nüvə İrana Qarşı Birlik təşkilatı bundan əvvəl baş vermiş pozuntu hallarını verilmiş mənbədə toplayıb”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Fransa Əbu-Dabidə hərbi dəniz bazasına malik olsa da, İranda diplomatik varlığını qoruyub saxlayaraq regionda daha sakit mövqe tutur". Bu, rəsmi Parisin dəyişə biləcəyi ilə bağlı bir işarədir”;

“Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Məsələləri Ofisi İranla müzakirə yollarını açıq saxlamaqla nəyə nail oldu? Hansı nəticəni əldə etdi? Sadəcə olaraq, daha çox terror, girovlar, öz mənasını itirmiş Birgə Hərtərəfli Fəaliyyət Planı sazişi və tamamilə iflasa uğramış İran siyasəti”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR