İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Almaniya arasında gərginlik artır: Səfir XİN-ə çağırıldı

İranın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, buna səbəb İranda alman dilini öyrədən institutun bağlanması olub.

"Biz İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dilinin Öyrənilməsi İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç nə ilə haqq qazandırmaq olmaz. Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq", - Almaniya XİN- in bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi institutun “insanların çətin şəraitdə dili öyrənmək üçün çoxlu şəxsi səy sərf etdiyi” məşhur və tanınmış görüş yeri olduğunu vurğulayıb.

"İnstitutun işçiləri öz işlərinə çox sadiqdirlər, bu da İran və Almaniyadakı insanlar arasında əlaqələri gücləndirməyə yönəlib".

Alman Dili İnstitutu 1995-ci ildə Almaniyanın Tehrandakı səfirliyi tərəfindən təsis edilib.

Bundan əvvəl İranın Mizan agentliyi bildirmişdi ki, institut İran hökumətinin qərarı ilə qanunvericiliyin sistematik şəkildə pozulması və maliyyə fırıldaqlarına görə bağlanıb. Agentlik polisin institutun adı yazılmış lövhəni sökərkən fotosunu da dərc edib.

İyulun 24-də Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı İslam Mərkəzini və onun filiallarını qadağan edərək, konstitusiyaya zidd məqsədlər güdən ekstremist təşkilat adlandırıb.

Departamentin məlumatına görə, mərkəz Almaniyada qadağan edilmiş Livanın şiə Hizbullah hərəkatına dəstək verib və İran rəhbərliyindən qaynaqlanan İslam inqilabı ideyalarını yayıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR