İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın yeni naziri neft hasilatını artırmaq niyyətindədir

İranın yeni neft naziri Möhsün Paknejad karbohidrogen hasilatını artırmaq planlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, onun fikirlərini İranın Şana agentliyi yayıb.

Parlament avqustun 21-də Paknejadı nazir vəzifəsində təsdiqləyib.

O, bildirib ki, 2026-cı ilin mart ayının sonuna qədər İranda neft hasilatının sutkada 400 min barel artacağını gözləyir.

Hazırda İranda 74 neft və 22 qaz yatağı istismar olunur. Ölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barel təşkil edir.

2018-2021-ci illərdə Paknejad neft nazirinin müavini vəzifəsində çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR