İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Ermənistandakı səfiri: "Sünik İran üçün çox vacibdir"

Bu gün Ermənistanın baş prokuroru Anna Vardapetyan İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Hüquq-mühafizə orqanı rəhbəri ilə görüşməsinə rəğmən, İran səfiri burada siyasi və təxribatçı açıqlamalar verib. Səfir İran və Ermənistan arasında 3000 illik (?) güclü tarixi və mədəni əlaqələrin olduğunu deyib və bunun bu da son iki ildə xüsusilə əhəmiyyət daşıdığını söyləyib.

Səfir Zohuri İran üçün qonşu ölkə Ermənistanla münasibətlərin prioritet olduğunu vurğulayıb.

Anna Vardapetyanın İranın Sünikdə baş konsulluğunun açılmasını yüksək dəyərləndirməsinə cavab olaraq İran diplomatı Ermənistanın Sünik bölgəsinin ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onu sözlərinə görə, heç bir dövlət bu əraziyə hər hansı iddia ilə çıxış etməməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR