İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Ermənistandakı səfiri seçkidən sonrakı münasibətlərdən danışıb

 

Bu gün İranda prezident seçkilərində səsvermənin ikinci turu keçirilir. Vətəndaşlar iki namizəd arasından - səsvermənin birinci turunun lideri, islahatçı və etnik azərbaycanlı Məsud Pezeşkian və onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili arasından seçim edir.

İranın Ermənistandakı səfiri Mehdi Sobhani namizədlərdən birinin azərbaycanlı olması ilə bağlı sualı şərh edib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, səfir hakimiyyət dəyişikliyindən sonra İranın Ermənistana münasibətdə siyasətinin dəyişməz qalacağını bildirib.

Səfir vurğulayıb ki, İranda çox sayda etnik qrup yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir. “İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla əlaqələri inkişaf etdirməyə davam edəcək”,- o əlavə edib.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR