İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Baş Qərargah rəisi HƏDƏLƏDİ: “Dayanmadan vuracağıq!”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bildirib ki, Tehran İsrailə məxsus istənilən hədəfə hücumlarını davam etdirəcək.

Musavat.com xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmos Qüvvələrinə məxsus bazalardan birinə səfəri zamanı Musəvi oradakı hərbçilərə təşəkkürünü bildirib, onların yüksək mənəvi ruhunu və hərtərəfli döyüş hazırlığını vurğulayıb.

“Allahın köməyi ilə təcavüzkar sionist rejimə (söhbət İsraildən gedir – red.) məxsus istənilən hədəfi vurmağa davam edəcəyik və qarşımızda heç bir maneə görmürük”, – deyə o bəyan edib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR