Onlayn ictimai-siyasi qəzet
Son bir neçə ildə ölkədə yay mövsümünün ilk ayında hava şəraiti nisbətən sərin keçir. Statistik məlumatlar da bunu təsdiqləyir. Bu il iyun ayında temperator 32 dərəcədən yuxarı qalxmayıb.
Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı Milli.Az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
O bildirib ki, buna səbəb ay ərzində xəzri küləyinin güclənməsidir. Şimal-qərb küləyinin güclənməsi havanın temperaturunun aşağı enməsi müşahidə olundu ki, bu da bir qədər havada sərinlik effekti yaratdı. Havada müşahidə olunan dəyişikliklər ətraf mühitə də təsir edir.
İqlimşünas mütəxəssis Fəridə Talıbovanın sözlərinə görə, bu məsələ iqlim dəyişiklikləri ilə əlaqədardır. Bu istiləşmə deyil. Sadəcə onun növlərindən biridir. Yəni bunlar ara-ara müşahidə olunan hadisədir. Bunun səbəbi atmosfer dövranı, lokal iqlim dəyişmələri ola bilər, eyni zamanda şimaldan gələn meridanal hava kütlələri də bunun səbəblərindən biri hesab edilə bilər.
Qeyd edək ki, iyun ayının 20-sindən mülayim cənub küləkləri müşahidə ediləcək. Havanın temperaturu günorta saatlarında 30-32 dərəcəyə yüksəlməsi gözlənilir.
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ