İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycandakı səfirliyinin yalanı ÜZƏ ÇIXDI

İran səfirliyinin Azərbaycan sərhədinə qoşun və hərbi texnika yerləşdirməsini yalan və saxta adlandırdıqdan cəmi bir gün sonra SEPAH-ın Quru Qoşunlarının “Həmzə Seyid əl-Şühəda” Qərargahının komandiri Əli Əkbərpur Cəmşidiyan sərhədə SEPAH-ın zirehli artilleriya və hərbi texnikasının yerləşdirildiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Son bir neçə gündə İranın Azərbaycan sərhədinə qoşun yeritməsinin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra İranın Azərbaycandakı səfirliyi çərşənbə günü bəyanat yayaraq iddia edib:

“İran hərbi texnikasının sərhədyanı rayonlara yerləşdirməsi ilə bağlı naməlum və qərəzli mənbələrin saxta video və xəbərlər yayması İran Silahlı Qüvvələri tərəfindən qəti şəkildə təkzib edilir”.

Qeyd edək ki, SEPAH komandiri zirehli texnikaların Azərbaycan sərhədinə göndərilməsinin İranın şimal-qərb və qərb əyalətlərində təhlükəsizliyi qorumaq məqsədi daşıdığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR