İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Xəzərlə bağlı ŞOK PROQNOZ! - Yaxın 20 ildə...

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə rəisi Ümid Sədiqi İSNA-ya müsahibəsində bildirib ki, Xəzər dənizinin İran sahillərində suyunun səviyyəsinin azalması narahatlıq doğurub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb.

Ü.Sədiqinin sözlərinə görə, son dövrlərdə Xəzərin sahilləri geri çəkilib və dəniz səviyyəsində 18 metr azalma var.

İdarə rəisi iddia edib ki, Yaxın 20 ildə dənizin dörddə biri quruya bilər.

Xəzərin səviyyəsinin dəyişməsini təbii hadisə adlandıran Sədiqi əlavə edib ki, İran çayları Xəzəri yalnız beş faiz su ilə təmin edir:

"İran çayları Xəzəri yalnız beş faiz su ilə təmin edir, Volqa çayı isə dənizin 85%-ni təşkil edir. Nəticədə bizim Rusiya ilə daha çox qarşılıqlı fəaliyyətdə olmağımız və bunu koordinasiya etməyimiz lazımdır. Qazaxıstan və Azərbaycanın da Xəzərə tökülən çayları var və biz bu ölkələrlə də işləməliyik. Xəzərin səviyyəsinin enməsi çox vacib və həssas bir məsələdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR