Onlayn ictimai-siyasi qəzet
İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadə bazar günü xəbərdarlıq edib ki, amerikalılar İranı təhdid edə bilməzlər, çünki onların regiondakı bazaları İranın nəzərindədir.
Musavat.com bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
İranın müdafiə naziri bazar günü axşam saatlarında milli televiziyada İranın yeni yerli istehsal olan Qasim Bəsir raketini də nümayiş etdirilərkən müsahibəsində amerikalılara xəbərdarlıq edib. General “bizə hücum edilərsə və ya müharibə bizə məcbur edilərsə, güclə cavab verəcəyik”, deyə, xəbərdarlıq edib.
“Biz onların maraqlarına və bazalarına hücum edəcəyik, müqavimət göstərməyəcəyik və bununla bağlı heç bir məhdudiyyət görməyəcəyik”, - deyə general Nəsirzadə vurğulayıb.
“Biz qonşu ölkələrlə düşmən deyilik və onlar bizim qardaşlarımızdır, lakin onların ərazisindəki Amerika bazaları bizim hədəfimizə çevriləcək”, iranlı general bildirib.
Maraqlıdır ki, bu xəbərdarlıq ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirən Ermənistanın mediasında da geniş tirajlanıb. Qərbi Zəngəzurda ABŞ-yə hərbi baza qurmaq imkanının yaradılacağı barədə xəbərlərin fonunda İrandan edilən xəbərdarlıq maraqlıdır.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ