İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

Bərdədə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən 2 kiloqram tiryək aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Musavat.com-a verilən xəbərə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Seymur Əliyev İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki satmaq istəyən zaman saxlanılıb. Onun üzərindən və evindən 2 kiloqramdan artıq tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR