İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı səfirliyimizə xain hücumu edən şəxs kimdir- SEPAH İZİ- ÖNƏMLİ FAKTLAR

 

Xəbər verdiyimiz kimi Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan  Əsgərov qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Bəllidir ki, İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Bununla bağlı Musavat.com olaraq dəfələrlə materiallar vermişik. Son hadisə də bunun bir daha sübut etdi.

Hadisələr göstərdi ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur.

Hələ ki, baş verən hadisə ilə bağlı İran heç bir məntiqli rəsmi açıqlama verməyib. Eynilə bundan öncəki qeyri-qanuni davranışları qarşısında susduğu kimi indi də susub.

Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma buna ümid çox azdır.

Əldə etdiyimiz məlumata görə hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var.

Əgər şəhidimiz Orxan Əsgərov hücum edənin qarşısına qəhrəmancasına çıxmasaydı bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planlanmışdı.

Əldə etdiyimiz məlumata görə həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur.

Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün  məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyı uşaqla gəlməsi və s. bu kimi yalan məlumatlar yayır. Bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR