Onlayn ictimai-siyasi qəzet
İranda üç qadın jurnalist saxlanlıb.
Musavat.com xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü peşə fəaliyyətinə görə heç bir jurnalistin həbsdə olmadığını iddia etsə də, məhkəmə orqanları son 24 saat ərzində Tehranda ən azı üç qadın jurnalisti həbs həbs ediblər.
Belə ki, yanvarın 22-də Tehranda Məlika Haşimi, Səidə Şəfii, Mehrnuş Zarei adlı üç jurnalist təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat verib.
Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın Evin zindanına köçürüldüyü bəlli olub.
Məlika Haşiminin isə yanvarın 21-də həbs olunaraq naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.
Musavat.com
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ