İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda tutuqlu olan Fərid Səfərlinin anası danışdı

"Dünən Fəridlə danışdıq. Avqustun 3-nə qədər məhkəmədən son söz üçün vaxt verildiyini bildirdi. Yaxın günlərdə hökm oxunacaq".

Bu barədə Musavat.com-a İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. O qeyd edib ki, son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır: "Bəzi məsələlərlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdır. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Fəridlə məsləhətləşdik. Fərid dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı  demək olar ki, sıfırdır.  Üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Mənim bu məbləği ödəməyə imkanım olmadiğını da nəzərə alıb, Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib məhkəməyə qədər suallar verə bilsin. İki vəkil canla başla, heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər".

Anası qeyd edir ki, nədənsə Azərbaycanın İrandakı konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər: "Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir. Özüm ona bəzi məsləhətlər verdim.  Məsələn, Fərid onun ifadəsinin farsca  yazılı variantını başa düşmür, tapşırdım altına yaz başa düşmürəm, qol çək və sair"...

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR