Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvarın 3-də İranın cənub-şərqindəki Kerman şəhərində törədilən terror hücumunun əsas təşkilatçılarından biri Abdullah Küveytə saxlanılıb.
Bununla bağlı, İSNA xəbər agentliyi ETTELLAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə istinadən xəbər verib.
Xatırladaq ki, yanvarın 3-də Kermanda SEPAH-ın Qüds qanadının xüsusi təyinatlılarının keçmiş komandiri Qasım Süleymaninin (2020-ci ildə amerikalılar tərəfindən öldürülüb) vəfatının ildönümündə qəbiristanlığa aparan yolda iki partlayış olub. Nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb./ Azad İran
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ