Onlayn ictimai-siyasi qəzet
İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, amma onun nəticəsi ola bilər.
Musavat.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Kan” dövlət televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, əsas məqsəd İsrailə qarşı təhlükəni aradan qaldırmaqdır: “Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır, ikincisi, Tehrandan ballistik raket təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda İran rejiminin qeyri-sabit olacağı da göz qabağındadır. Bu (İranda hakimiyyətin devrilməsi – red.) məqsəd deyil, lakin nəticəyə çevrilə bilər”.
Netanyahu əlavə edib ki, bu, “İran xalqının işidir”.
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ