Onlayn ictimai-siyasi qəzet
İranda prezidentliyə namizəd olmaq üçün yeddi iddiaçı qeydə alınıb.
“Mehr” agentliyi xəbər verir ki, bu barədə İran Seçki qərargahının nümayəndəsi Möhsün İslami bildirib.
Məlumata görə, mayın 31-də İran parlamentinin keçmiş sədri Əli Laricani də prezidentliyə namizəd olmaq üçün iddiaçı olaraq qeydə alınıb.
Qeydə alınmanın ikinci günü yeddi iddiaçı - Məhəmmədrza Sabaqian, Mustafa Kavakbian, Abbas Müktədai, Qadur Əli Heşmətian, Səid Cəlili, Əli Laricani və Mahmud Əhmədi Beyş qeyd alınıb. Nəzarət Şurası və Daxili İşlər Nazirliyinin araşdırmalarından sonra onlar prezidentliyə namizəd olaraq qeydə alınacaq. İyunun 12-dən-27-dək seçkiqabağı təbliğat kampaniya keçiriləcək. Seçkilər iyunun 28-ə planlaşdırılıb.//Report
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ