İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda prezidentliyə daha iddialı bir namizəd

İran parlamentinin keçmiş sədri prezident seçkilərində namizədliyini irəli sürüb.

Musavat.com xəbər verir ki, məlumatı "Azad İran" teleqram kanalı yayıb.

Qeyd olunur ki, bu gün İran parlamentinin sabiq sədri Əli Laricani səhər saatlarında ölkənin Seçki Qərargahına gələrək 14-cü prezident seçkilərində iştirak məqsədilə qeydiyyatdan keçib.

Bununla bağlı o, dünən “X” hesabında seçkilərə qatılacağı haqqında paylaşım edib.

Qeyd edək ki, İranda mayın 30-da başlayan növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesi 5 gün davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR