Onlayn ictimai-siyasi qəzet
Konstitusiyanın İcrasına Nəzarət (Negəhban) Şurası prezident seçkilərində namizədlərin səlahiyyətlərinin yoxlanılmasına başlayarkən, iyunun 5-də hakimiyyət qollarının rəhbərləri də iclas keçiriblər.
Musavat.com xəbər verir ki, məlumata görə, iclasda İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Ejei, parlamentin sədri Mahəmməd Baqir Qalibaf, dövlət televiziyasının rəhbəri Peyman Cəbəli, ETTELAAT (Təhlükəsizlik) naziri İsmayıl Xətib, rabitə naziri İsa Zarepur iştirak edib.
Görüşdə seçkiləri boykot etməyə və insanları seçkilərdə iştirakını azaltmağa təhrik və təşviq etmək üçün hər hansı məzmunun paylaşılması, icazəsiz etirazlar, tətillər və oturaq aksiyaların keçirilməsi cinayət hesab edilib. Bildirilib ki, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görüləcək.
Bununla yanaşı, hər hansı media tərəfindən seçkilərlə bağlı rəy sorğusunun keçirilməsi və proqnozların verilməsi də qadağan edilib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ