İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda polis patruluna hücum zamanı 3 nəfər yaralanıb

İranın Sistan və Bəlucistan əyalətində silahlı şəxslər polis patruluna hücum edib, 3 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, saat 19:30 radələrində Rask gözətçi bölməsinin əməkdaşları - İranşəhrdən Rask istiqamətində Cakiqor körpüsü yaxınlığında təhlükəsizliyi təmin edən polis patruluna silahlı şəxslər hücum edib. Hadisə nəticəsində üç nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR