İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda nazir vəzifəsindən qovuldu: Pezeşkiana 3 ay VAXT VERİLDİ - VİDEO

İranın iqtisadiyyat naziri Abdolnaser Hemmati vəzifəsindən uzaqlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Bildirilib ki, bu gün İran parlamentinin üzvləri iqtisadiyyat nazirinin impiçmentinə səs veriblər. Buna səbəb devalvasiya, İran valyutasının məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir.

Məlumata görə, ümumilikdə 182 deputat iqtisadiyyat nazirinin impiçmentinin lehinə, 89-u əleyhinə, ikisi isə bitərəf olub.

ISNA xəbər verir ki, yeni iqtisadiyyat nazirini təqdim etmək üçün prezident Məsud Pezeşkiana üç ay vaxt verilib.

İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi iqtisadiyyat naziri Abdolnaser Hemmatinin impiçmentinə toxunaraq deyib:

“Prezident Məsud Pezeşkiana təklif olunan yeni iqtisadiyyat nazirini parlamentə təqdim etmək üçün maksimum üç ay vaxt verilib”.

Onun sözlərinə görə, təklif olunan yeni nazirin təqdim edilməsinə qədər İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək şəxs prezident tərəfindən seçiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR