Onlayn ictimai-siyasi qəzet
İranın Kermanşah əyalətinda təqaüdçülər etiraz aksiyası keçiriblər.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, aksiyada dövlət qulluğu, sosial təminat və tibb sahəsində çalışmış narazı təqaüdçülər iştirak edib.
"Həbsdə olan müəllim azad edilməlidir! Hicabı burax, bizim vəziyyətimiz haqda düşün! İşsizlik, inflyasiya xalqın canının bəlası!", - deyə etirazçılar şüarlar səsləndiriblər.
@@TVmusavat/88121@@
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ