İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda itkin düşən Fəridin anasından ad günü hədiyyəsi...

“Qoy bu, yaşadığımız son kədərli ad günün olsun”

Fevralın 20-dən İrana gedən və orada itkin düşən Almaniyanın Yena Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlidən hələ də xəbər yoxdur. Fəridin anası Dilarə Əsgərova “Yeni Müsavat”a deyib ki, artıq may ayı da gəlib, amma hələ də oğluna qovuşa bilməyib. Bu gün isə (denən - red.) Fəridin ad günüdür.

Fərid Səfərlinin anası: "İranda sevdiyi qız var imiş. Onunla görüşmək üçün  gedib" - BBC News Azərbaycanca

“Mənim üçün həmişə şəkildəki kimi balaca qalan Fəridim! Bu gün doğum günündür. Bilirsən nə qədər çətindir mənə sənin harada olduğunu bilmədən doğum gününü yaşamaq. Mən sənin ad gününə çoxdan bəyəndiyin, amma almaq üçün tərəddüd etdiyin əşyanı alıb sürpriz etmək istəyirdim. Sən demə, İran hökuməti bizə heç zaman unutmayacağımız sürpriz hazırlayırmış. Sən verdiyin qərarlarınla məni heç vaxt məyus etməmisən, çünki atdığın addımları həmişə ölçüb-biçərdin. Budəfəki ölçü-biçin ədalətsiz dünyanın kriteriyalarına uyğun gəlmədi. Səni İran səfərindən daşındırmağa çalışan bir dostuna dediyin kimi: "Sən İranın radarına düşəcək ən axırıncı adam olmalı idin". Amma təəssüf. Sən səfərə gedəndə məndən icazə alacaq yaşda deyildin, məlumat verməli idin təbii ki. Bilirəm niyə məlumat verməmişdin. Bilirdin ki, mən bu səfərinə narazı olacağam və sən qərar vermişdinsə gedəcəkdin. Mənim qəlbimi qırıb getməyi özünə rəva bilmədin. Əziz balam! Səni 26 yaşının tamam olması münasibətilə təbrik edirəm! Qoy bu, bizim yaşadığımız son kədərli ad günün olsun! Növbəti ad günlərini xoşbəxt, firavan keçirəsən", - deyə Dilarə Əsgərova oğlu üçün yazdığı məktubda qeyd edir. 

Ayxan Hacızadə: "Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb"

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də “Yeni Müsavat”a dedi ki, hələ də İran səfirliyindən cavab verilməyib: “Fəridlə bağlı heç bir məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Dilarə Əsgərova bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR