İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda insan oğurlamağı planlaşdırmaqda şübhəli bilinən 12 əfqan mühacir saxlanılıb

İranın Hörmüzqan əyalətində uşaq və yeniyetmələri oğurlamağı planlaşdırmaqda şübhəli bilinən Əfqanıstanın 12 vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “Radiofərda” yayıb.

Bildirilib ki, əməliyyatı İran İnqilabı Keşikçilər Qvardiyası həyata keçirib.

Məlumata görə, saxlanılan əfqanlar İranda mühacir olaraq yaşayırmış.

Yerli müşahidəçilərin sözlərinə görə, bu hadisə əfqanların İrandan çıxarılması üçün çoxsaylı bəhanələrdən də ola bilər. Çünki Tehran hakimiyyəti son zamanlar əfqan mühacirləri müxtəlif səbəblərlə ölkədən çıxarır. Bununla onların Əfqanıstandakı “Taliban” hökumətinə təzyiq etdikləri də bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR