Onlayn ictimai-siyasi qəzet
İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edilib.
Musavat.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
"Bu gün Nazirlər Kabinetinin iclasında İran prezidenti Məsud Pezeşkianın təklifi ilə Fatimə Mühacirani hökumət sözçüsü təyin olunub", - məlumatda bildirilir.
Məlumata görə, Seyid Kamal Təqəvi isə Nazirlər Kabinetinin katibi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, 13-cü hökumətin dövründə Nazirlər Kabinetinin katibi və hökumətin sözçüsü Əli Bəhadori Cəhromi idi.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ