İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbs edilən azərbaycanlı vəhşicəsinə döyüldü - FOTO

Urmuda həbs edilən azərbaycanlı fəala amansız işgəncələr verilib.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan və bir həftə öncə etirazlarda saxlanılan Rza Etibarirad ETTELAAT idarəsinin təcridxanasında vəhşicəsinə döyülüb.

O, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb, qolu sındırılıb və 700 milyon tümənlik girov sənədi qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.

Oktyabrın 20-də İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda etiraz aksiyalarında tutulanlara müxtəlif işgəncələr verildiyini bildirib.

Təşkilatın sədri Mahmud Əmiri Müqəddəm İranın hökumət qüvvələri tərəfindən tutulan və barələrində məlumat verilməyən şəxslərə işgəncə verilməsindən, bəzilərinin isə işgəncə nəticəsində öldürülməsindən narahat olduqlarını deyib.

O, beynəlxalq insan haqları təşkilatları və dünya birliyinə müraciət edərək, həbsdə olan etirazçıların taleyinin müəyyənləşməsi və azadlığa buraxılmaları üçün Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR